Quru qoşunları iştirak etmədən İrandakı rejimi devirmək mümkün deyil. Bu cür rejimlər sadəcə olaraq raket zərbələri ilə devirlmir.
Bunu News365.az-a
açıqlamasında təhlükəsizlik
üzrə ekspert İlham İsmayıl deyib. Ekspert qeyd edib ki, idealoji sistemlərə
müharibə ilə qalib gəlmək olmur. Onlar gərək içəridən dağılsın:
“Tram münaqişədən əvvəl deyirdi ki, rejim dağılmasa İranla danışıqlar baş
tutmayacaq. İranda yanvar ayında başlayan etirazlar gözlənilən nəticəni vermədi.
Bu rejim öz toxunulmazlığı uğrunda milyonları qurban verməyə hazırdır. Çünki o
qədər cinayət törədiblər ki, etdiklərinin məsuliyətini öz üzərlərinə götürməmək
üçün hər yola əl atırlar”.
İlham İsmayıl vurğulayıb ki, dini liderin öldürülməsi rejimin sonu demək deyil.
Bu vəziyyəti daha da çıxılmaz hala salır:
“Xameneinin öldürməsindən sonra rejim təslim olmadı. Bu kütləvi etirazlarla da
səbəb olmadı. Bunun səbəblərin biri yanvar ayındakı etirazların amansızlıqla
yatırılması və kütlədə hələ qorxu psixalogiyasının hakim olmasıdırsa digər səbəb
də bir çox insanın ölən dini liderə görə yas saxlamasıdır. Yəni etriaz etmək
istəyənlərdə hələ ki, səsizdirlər. ABŞ və İsrail bunu hesablamalıydı. Onlar
bilməliydilər ki, dini liderin öldürülməsi ilə məsələ həll olunmayacaq”.