Asim Munirə Türkiyənin ən yüksək hərbi mükafatı verildi

Asim Munirə Türkiyənin ən yüksək hərbi mükafatı verildi
13 İyl 2026 23:40

Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi Səlcuq Bayraqdaroğlu Ankarada Pakistan Silahlı Qüvvələrinin Quru Qoşunlarının Komandanı – Müdafiə Qüvvələrinin rəisi Feldmarşal Seyid Asim Muniri qəbul edib.

News365.az xəbər verir ki, tərəflər hərbi əməkdaşlıqla bağlı ikitərəfli danışıqlar aparıblar.

Görüşdən sonra Bayrakdaroğlu Munirə ölkənin ən yüksək hərbi mükafatlarından biri olan "Üstün Xidmət" medalını təqdim edib.

Türkiyə Baş Qərargahının məlumatına görə, mükafat Türkiyə və Pakistan silahlı qüvvələri arasında dostluq münasibətlərinin inkişafına, eləcə də müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsinə verdiyi töhfəyə görə verilib.



Sizin reklam burada
Sizin reklam burada