Arvadını öldürüb özünü 14-cü mərtəbədən atdı - Bakıda dəhşətli faciə

Arvadını öldürüb özünü 14-cü mərtəbədən atdı - Bakıda dəhşətli faciə
17 Apr 2025 10:18

Bakıda kişi arvadının başını kəsib.

News365.az xəbər verir ki, hadisə ötən axşam saatlarında, paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb.

 Qətli törədən 1987-ci il təvəllüdlü Bürhan İlham oğlu Məmmədov arvadı 1992-ci il təvəllüdlü Xumar Ağa qızı Məmmədovanı öldürdükdən sonra öz canına qəsd edib.

İlkin ehtimala görə, ər arvadının başını kəsdikdən sonra özünü binanın 14-cü mərtəbəsindən ataraq intihar edib.

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.




Sizin reklam burada
Sizin reklam burada