“Arka sokaklar”la bağlı qərar dəyişdi: Final olacaqdı...

“Arka sokaklar”la bağlı qərar dəyişdi: Final olacaqdı...
14:30

"Arka Sokaklar" serialı ilə bağlı yeni qərar açıqlanıb.

News365.az xəbər verir ki, bir müddət əvvəl ekran işinin tamamilə final edəcəyi ilə bağlı yayılan iddiaların ardından layihənin taleyinə yenidən aydınlıq gəlib. Məlumata görə, məşhur serial bağlanmayacaq və yalnız mövsüm fasiləsinə çıxacaq.

Serialın yeni mövsümü ilə bağlı anonsun yayımlanması isə izləyicilər arasında sevinc yaradıb. Uzun illərdir ekranlarda olan layihənin davam edəcəyinin məlum olması sosial şəbəkələrdə geniş müzakirə olunub.

Tamaşaçılar paylaşımın ardından serialın yeni bölümlərini maraqla gözlədiklərini bildiriblər.


Sizin reklam burada
Sizin reklam burada