Ukrayna prezidenti Vladimir Zelenski ölkədə atəşkəs elan edildikdən sonra istefa verməlidir. Xarici KİV-in yaydığı məlumata görə, bunu Ukrayna prezidentinin aparat rəhbərinin keçmiş müşaviri Aleksiy Aretoviç deyib.
Onun sözlərinə görə, ABŞ və Rusiya atəşkəsdən sonra Zelenskinin istefası ilə bağlı razılığa gəliblər.
“Onun Zelenski edə biləcəyi ən yaxşı şey istefa verməkdir. Amma o, getməyəcək. Zelenski müqavimət göstərəcək. Bu o deməkdir ki, danışıqlar tamamilə fərqli olacaq", -Arestoviç qeyd edib.
İki gün əvvəl ABŞ bəyan etmişdi ki, Ukrayna münaqişənin həlli üçün danışıqlar masası arxasına oturmaq imkanı əldə etmək istəyirsə, prezident seçkiləri keçirməlidir.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları 2023-cü ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ötən il isə Kiyev gözlənilmədən Rusiya ərazisinə hücum etdi. Ukrayna qoşunları hazırda Kurskun bir hissəsinə nəzarət edirlər. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural