Növbəti Rusiya-ABŞ görüşü nə vaxt keçiriləcək? -XİN açıqladı

Növbəti Rusiya-ABŞ görüşü nə vaxt keçiriləcək? -XİN açıqladı
10:40

Rusiya XİN rəhbərinin müavini Sergey Ryabkov diqqət çəkən açıqlamalar verib. O, yerli mediaya bildirib ki, Rusiya və Amerika rəsmiləri iki həftə ərzində ekspertlər səviyyəsində görüş keçirəcəklər.


“Belə bir anlayış var ki, deputatlar səviyyəsində məlum raunddan əvvəl müvafiq departamentlərin direktorları arasında məsləhətçi xarakterli təmas keçirilsin. Onların görüşü yaxın iki həftə ərzində baş tuta bilər”, - deyə diplomat bildirib. Onun sözlərinə görə, hazırda görüşün yeri razılaşdırılır, lakin onun üçüncü ölkədə baş tutacağı artıq bəllidir.


Ryabkovun sözlərinə görə, müzakirə predmeti ikitərəfli münasibətlərdə qıcıqlandırıcı faktorlar məsələsi olacaq.

Rusiya ilə ABŞ arasında ilk görüş fevralın 18-də Səudiyyə Ərəbistanında baş tutub. O, bir sıra iqtisadi layihələr üzrə əməkdaşlığın bərpasına, habelə Ukrayna nizamlanması üzrə mümkün təmasların hazırlanmasına və iki ölkə prezidentləri arasında görüşlərin təşkilinə həsr olunub.

Tural


Sizin reklam burada
Sizin reklam burada