Müdafiə nazirliyinin keçmiş işçiləri 5,5 milyon rüşvət alıblar

Müdafiə nazirliyinin keçmiş işçiləri 5,5 milyon rüşvət alıblar
01 Apr 2025 19:17

Rusiyada daha bir hərbi məmur qalmaqalı yaşanır. Müdafiə Nazirliyinin iki keçmiş əməkdaşı Moskva Dövlət Texniki Universitetinin (MQTU) kafedralarından birinin rəhbəri A. B. Borzovdan 5,5 milyon rubldan çox rüşvət almaqda ittiham olunur. TASS bu barədə müvafiq cinayət işinin materiallarına istinadən xəbər yayıb.


Agentliyin məlumatına görə, söhbət hərbi qurumun keçmiş əməkdaşları Dmitri Fomin və Andrey Çekmazovdan gedir. Ötən ilin sentyabrında həmin şəxslər 16 milyon rubldan çox rüşvət almaqda ittiham edilərək həbs edilmişdilər.


"Çekmazov və Fomin Bauman adına Moskva Dövlət Texniki Universitetinin kafedra müdirindən ümumi məbləği 5 milyon 650 min rubl pul şəklində rüşvət almaqda ittiham olunurlar", - sənədlərdə deyilir.

Məhkəmə qərarından belə çıxır ki, Rusiya Müdafiə Nazirliyinin keçmiş əməkdaşları məlum qalmaqallı cinayəti törətməkdə öz təqsirlərini tam etiraf ediblər.

Eyni zamanda A. B. Borzovun barəsində də başlanmış cinayət işinə xitam verilib. İdarə rəisinin istintaqla fəal əməkdaşlıq etməsi və cinayətin açılmasında hüquq-mühafizə orqanlarının əməkdaşlarına köməklik göstərdiyi üçün məhkəmə bu qərarı verib.

Tural


Sizin reklam burada
Sizin reklam burada