ABŞ prezidenti Donald Tramp vəd etdiyi tarifləri tətbiq etsə, birjalar şok dalğaları ilə üzləşəcək. Bu fikirlər "The Washington Post"da dərc olunan məqalədəndir. Nəşr öz mənbələrinə istinad edib.
Saytın məlumatına görə, Trampın köməkçiləri ABŞ-nin digər ölkələrdən aldığı əksər mallara 20%-lik gömrük rüsumunun tətbiqi ilə bağlı təkliflər hazırlayıb.
Nəşrin müsahibə aldığı ekspertlər əmindirlər ki, belə bir ssenarinin həyata keçirilməsi qlobal iqtisadiyyat və fond bazarları üçün şok deməkdir. Üstəlik, bu tariflər qüvvəyə minərsə və Vaşinqtonun ticarət tərəfdaşları belə bir addıma sərt reaksiya verərsə, ABŞ iqtisadiyyatı dərhal tənəzzülə düçar olacaq.
Moody's-in baş iqtisadçısı Marki Zandiyə görə, ABŞ-da tənəzzül bir ildən çox davam edəcək və işsizlik səviyyəsi 7%-i keçəcək.
Martın əvvəlində Synergy Universitetinin İqtisadiyyat nəzəriyyəsi
kafedrasının baş müəllimi, iqtisad elmləri doktoru Kirill Şerbakov belə bir fikir bildirmişdi ki, ABŞ başlatdığı "ticarət müharibələri" səbəbindən Kanada və Meksikadan idxalı azaltsa, bu, Rusiya üçün faydalı ola bilər. Söhbət rusların həmin ölkələrdə metal, gübrə və gübrə tədarükü ilə məşğul olmasından gedir.
Tural