İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun korrupsiya istintaqı çərçivəsində həbsindən sonra ilk sosioloji sorğunun nəticəsi əldə edilib.
News365.az xəbər verir ki, ORC Araşdırma Mərkəzi 25-27 mart tarixlərində “Bu bazar seçki olarsa, kimə səs verərsiniz” sualı ilə 3160 respondentə müraciət edib.
Nəticələr belədir:
1. CHP - 30,2%
2. AK Partiya - 28,1%
3. MHP - 8,0%
4. DEM - 7,5%
5. Zəfər Partiyası - 5,1% (partiya sədri Ümid Özdağ həbsdədir – red.);
6. İYİ Partiyası – 5%
7. Yenidən Rifah 4,3%
8. Gələcək Partiyası - 2,5%
9. BBP - 2,1% və s.
Qeyd edək ki, İmamoğlunun həbsi ilə CHP-nin səslə
rini artırdığı üzə çıxıb.