Ukrayna 2030-cu ilə qədər Aİ üzvü olacaq?

Ukrayna 2030-cu ilə qədər Aİ üzvü olacaq?
01 Apr 2025 18:55

Litvanın xarici işlər naziri Kestutis Budris diqqət çəkən açıqlamalar verib. O, Ukraynanın Avropa İttifaqına üzvlüyünün tamamilə real olduğunu deyib və Kiyevin 2030-cu ilə qədər siyasi birliyin üzvü olacağına ümid etdiyini bildirib. Onun sözlərini RBC-Ukrayna sitat gətirib.


"Biz inanırıq ki, bu, tamamilə əldə edilə bilən məsələdir. Mənim prezidentimin də qeyd etdiyi olduqca konkret tarix sadəcə hansısa fikir deyil. İnanırıq ki, biz Ukraynanın 2030-cu il yanvarın 1-də Aİ-yə üzv olmasını təmin edə bilərik", - Budris deyib.

Eyni zamanda, o vurğulayıb ki, bu məqsədə çatmaq üçün Kiyev “çox böyük iş” görməli olacaq.

Fevral ayında Avropa Komissiyasının sədri Ursula fon der Leyen Ukraynanın 2030-cu ilə qədər Avropa İttifaqına üzv olmasına imkan yaradılacağını bəyan etmişdi. Avropa Komissiyasının rəhbəri Litva Prezidenti Gitanas Nausedanın müvafiq ideyasını olduqca nəcib təşəbbüs hesab edib. Çünki bu, böyük siyasi iradə və heyrətamiz dəstək nümayiş etdirir. Bununla yanaşı, fon der Leyen vurğulayıb ki, Aİ-yə üzvlük prosesində həmişə nailiyyətlər və xidmətlə nəzərə alınır.

Tural


Sizin reklam burada
Sizin reklam burada