FTB populyar Çin tətbiqlərinin istifadəçi məlumatlarını yaya biləcəyi ilə bağlı
xəbərdarlıq edib.
News365.az xəbər
verir ki, xəbərdalıqda yer alan məlumata görə, Çin tətbiqləri beynəlxaq
qanunvericiliyə tabe olmur. Bu da o deməkdir ki, onlar istifadəçilərin şəxsi,
kart və ya digər məlumatlarının yayılmamasına təminat vermirlər.
Buna görə də FTB istifadəçiləri CapCut, Temu, SHEIN, Lemon8, TikTok, PDF &
Launcher for Android və s. kimi proqramları istifadə edərkən diqqətli olmağa şəxsi
məlumatları bu platformalara yükləməməyə çağırıb. Hətta bu proqramların telefon və yaxud başqa cihazda olması belə təhlükəli hal kimi qəbul edilir.