“Araz Supermarket”dən utancverici ADDIM - VİDEO

“Araz Supermarket”dən utancverici ADDIM - VİDEO
14:51

Həzrəti Əli deyirdi ki, “bir əlin verdiyini, o biri əl bilməməlidir”. Çünki xeyirxahlıq təmənnasız edilir. Təmənnasız edilən əməlsə reklam olunmur. Və bu əməli üçüncü bir adam bilirsə, o artıq xeyriyyəçilikdən çıxır, özünüreklama çevrilir. 

Bax “Araz Supermarket”lər şəbəkəsi də eynən belə edir. Yəni 5 manat yardım edir, lakin 5 min manatlıq reklam kampaniyası aparır. Özü də bu cür ucuz reklamları həssas təbəqənin heysiyyatı üzərindən aparır. Və bu əməldən heç utanmırlar da.

Söhbər şəhid anası barədə hazarlanan reklam rolikindən gedir. Belə ki, 44 günlük müharibədə şəhid Səid Bayramov hərbi xidmətə yollanmamışdan qabaq “Araz Supermarket”ində işləyirmiş. Və Səid Bayramov şəhidlik zirvəsinə ucalandan sonra ticarət şəbəkəsinin rəhbərliyi onun əvvəlki maaşını bərpa edib və hər ay ailəsinə verir. 

Lap yaxşı... 

Amma bunu davamlı şəkildə reklam eləmək və hətta bu kampaniyada şəhid anasını əsas personaja çevirmək nə qədər doğrudur və insanlığa yaraşır.

Şəhid anası Yaqut Bayramovanı kamera qarşısında otuzdurub dedizdirirlər ki, oğlunun maaşı hər ay ödənilir, bayram payları da göndərilir. Vı imkansız ana göstərdikləri diqqətə görə şirkətə təşəkkür edib:

“Sağ olsunlar, Allah köməkləri olsun. Oğlumun maaşını kəsmədilər. Elə bilirəm ki, Səid elə orda işləyir. Ümidimi itirmirəm. Onun yoxluğunu bizə hiss elətdirmirlər”.

Nəzərə alaq ki, bütün şəhidlərimizin ailələri və qazilər hər zaman dövlət qayğısı ilə əhatə olunublar. O cümlədən də bütün şəhidlərin əvvəlki iş yerləri ailələrinə dəstək məqsədi ilə saxlanılıb. 

Amma bunu heç kim dilə gətirmir. Çünki bu hər kəsin vətəndaşlıq və insanlıq borcudur. “Araz Supermarket”lər şəbəkəsi belə bir əməli özünüreklama çevirməyi bu mənada həm təəccüb, həm də təəssüf doğurur. Doğrudanmı ölkənin ən  nəhəng marketlər şəbəkəsinin belə ucuz reklama ehtiyacı var? Yoxsa “Araz Supermarket”lər şəbəkəsi hər qəpiyinin hesabın şəhid anasından soruşur?

Xatırladaq ki, Səid Bayramov 1999-cu il iyulun 13-də Kürdəmirin Çöl-Ərəb kəndində doğulub. 2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başlananda qardaşı Əli ilə birlikdə cəbhəyə gedib. Səid Murovdağ, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan istiqamətlərində gedən döyüşlərdə igidliklə vuruşub. Son olaraq isə Şuşanın işğaldan azad edilməsi uğrunda döyüşüb, ağır yaralanıb və şəhidlik zirvəsinə ucalıb.

News365.az



Sizin reklam burada
Sizin reklam burada