Dünya mediasının diqqəti son həftələrdə ABŞ-İsrail və İran arasındakı gərginliyə yönəlib.
Politoloq Bakir Həsənbəyli News365.az-a açıqlamasında bildirib ki, ABŞ-İsrail və İran arasındakı gərginlik dünya mediasının diqqət mərkəzindədir və Rusiya-Ukrayna müharibəsi ikinci plana keçib.

Həsənbəyli qeyd edib ki, son 36 gündür qlobal xəbər agentlikləri və analitik mərkəzlər əsas diqqəti ABŞ-İsrail-İran qarşıdurmasına yönəldib. Onun sözlərinə görə, Qərb və Avropa ölkələri, ABŞ faktoru ilə birgə, bu münaqişəyə laqeyd yanaşmır, əksinə Moskvanın təsir imkanlarını məhdudlaşdırmaq və Rusiyanın hərbi-iqtisadi potensialını zəiflətmək əsas prioritetlərdən biridir.
Politoloq əlavə edib ki, artıq beş ilə yaxın davam edən Rusiya-Ukrayna müharibəsi dövründə tətbiq olunan çoxsaylı sanksiyalar, həmçinin Rusiya donanması ilə bağlı qəbul edilmiş qərarlar Moskvanın iqtisadi resurslarının zəiflədilməsinə yönəlib və bu strategiya davam etdirilir.
News365.az-