Plana düşən evin kompensasiyası kimə verilməlidir?

Plana düşən evin kompensasiyası kimə verilməlidir?
16:26

Plana düşən evin Kompensasiyası kimə verilməlidir? Qeydiyyatda olan şəxslərə yoxsa, mülkiyyətçiyə?

Ne
ws365.az xəbər verir ki, Vəkil Sima Yaqubova bu suala cavab verib:

“Mülkiyyətçi razılaşmadan kənarda qala bilməz. Bu birmənalıdır. Amma evdə qeydiyyatda olanlar da nəzərə alına bilər. Bu halda bir məsələyə aydınlıq gətirmək istəyirəm. Qeydiyyatda olmaq ayrı şeydir, o evdə yaşamaq hüququ olmaq ayrı. Bu anlayışları bir-birindən ayırmağı bacarmaq lazımdır. Evdə qeydiyyatda olmaq o demək deyil ki, sizin orada yaşamaq hüququnuz var. Əgər şəxsin evdə yaşamaq hüququ varsa, onun hüquqları kompensasiya olunmalıdır.

Kompensasiya ödəyən şirkətlər bəzən bu prosesdə bir çox çətinliklər qarşılaşırlar. Əgər ödəniş yalnız mülkiyyətçiyə edilibsə və o, evdə yayayış hüququ olan digər şəxslərlə razılığa gəlməyibsə, onlar da şirkətdən yenidən ödəniş tələb edə bilirlər. Beləliklə bu ev mübahisəli mənzilə çevrilir. Buna görə də kompensasiya ödəyən şirkətlər həm mülkiyyətçinin həm də mənzildə yaşayış hüququ olan şəxslərin razılığını almalıdırlar. Əks halda hüquq pozuntusuna yol verilir ki, bu da sonradan problemlər yaradır”.


Sizin reklam burada
Sizin reklam burada