Xəbər verdiyimiz kimi ötən il Nərimanov rayon Aşıq Qərib və Məmməd Arif kücələrində 161 ailəyə aid ev söküldü. Səbəbsə evlərin dəmir yolunun mühafizəsi zolağında inşa edilməsi idi.
Lakin məhkəmənin qərarı ilə evi sökülən ailələrə müvafiq dövlət qurumları tərəfindən kompensasiya ödənilməli idi. Söküntü işlərindən və məhkəmə qərarından 8 ay keçməsinə baxmayaraq heç bir mənzil sahibinə kompensasiya ödənilməyib.
Üstəlik Nərimanov rayon icra hakimiyyəti tərəfindən ev sakinlərinə 6 aylıq kirayə pulu verilsə də, sonradan bu yardım da dayandırılıb.
Qeyd edək ki, evlər ötən ilin yayında Azərbaycan Dəmir Yolları QSC və Nərimanov rayon icra hakimiyyəti tərəfindən sökülüb.
News365.az