Ramana Şuşa qəsəbəsi Boru Zavod yolu ərazisi yağışlar səbəbindən su altında qalıb.
News365.az-ın məlumatına görə, kanalizasiya dolub daşır və yoldan suyun Ramana ərazisinə yönləndirildiyi bildirilir. Hazırda evlərdə su yığılıb və hər yeni yağış zamanı vəziyyət daha da pisləşir.
Əhalinin sözlərinə görə, suyun dəqiq haradan gəldiyi məlum deyil və vəziyyət ciddi narahatlıq yaradıb. Yerli sakinlər aidiyyəti qurumlardan problemin həlli üçün tədbir görülməsini gözləyir.
Vəfa Vəliyeva, News365.az