52 yaşlı piyadanı maşın vurub öldürdü

52 yaşlı piyadanı maşın vurub öldürdü
21:37

Bakı-Qazax yolunda avtomobilin vurduğu 52 yaşlı piyada vəfat edib.

News365.az xəbər verir ki, hadisə magistral yolun Hacıqabul rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Hacıqabul sakini, 1974-cü il təvəllüdlü Asəf Cəfərovu maşın vurub.

Ağır xəsarətlər alan piyada ağır vəziyyətində Şirvan xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.



Sizin reklam burada
Sizin reklam burada