"Allah eləməsin, Aqşin Fatehlə üzə-üzə gələm" - VİDEO

"Allah eləməsin, Aqşin Fatehlə üzə-üzə gələm" - VİDEO
09:30

Müğənni Niyam Salami canlı efirdə səsləndirdiyi fikirlərlə diqqət çəkib.

News365.az-ın məlumatına görə, sənətçi restoran biznesində fəaliyyət prinsiplərindən danışaraq məkanlarının əsasən ailələr üçün nəzərdə tutulduğunu və bu məsələyə şəxsən nəzarət etdiyini bildirib.

"Restoran sferasında sırf ailə ilə işləyirəm. Heç bir kənar, artıq və əskik nəsə ola bilməz. Məkanlarım ailələr üçündür. Birbaşa özüm nəzarət edirəm, bütün işçilərə də tapşırmışam. Hətta bu məsələyə görə davaya, böyük qalmaqala da düşmüşəm", - deyə Niyam Salami bildirib.

Müğənni daha sonra Aqşin Fatehin restoranına gəlməsi ilə bağlı fikirlərini də bölüşüb. O, Aqşinlə münasibətlərinin yaxşı olmadığını və xarakterlərinin uyğun gəlmədiyini deyib.

"Aqşin Fatehə gələndə isə onun fəaliyyət istiqaməti tam başqadır. Allah eləməsin, onunla münasibətim olsun, heç üz-üzə də gəlmək istəmirəm. Xarakterimiz uyğun gəlmir. Həm də onu 'Maşın Şou'dan tanımışam", - deyə sənətçi qeyd edib.

Niyam Salaminin açıqlaması sosial şəbəkələrdə müzakirələrə səbəb olub.


Sizin reklam burada
Sizin reklam burada