Rusiyalı tədqiqatçılar maraqlı proses həyata keçiriblər. Neiry biotexnoloji laboratoriyasının yaydığı məlumata görə, elm adamları dünyada ilk dəfə olaraq siçovulların beynini süni intellektə (AI) qoşublar.
Qeyd olunub ki, laboratoriya tədqiqatçıları Moskva Dövlət Universitetinin alimləri ilə birlikdə süni intellektə qoşulmuş siçovulla eksperimentin nəticələrini açıqlayıblar. Heyvan klaviaturadan istifadə edilərək ünvanlanan istənilən suala cavab verə bilib.
"Qarşınızda Pifiyadır. O, fizika, tarix, riyaziyyat və təbii ki, neyrofiziologiyada istənilən suala cavab verə bilən dünyanın ilk ən ağıllı laboratoriya siçovuludur", - məlumatda qeyd edilib.
Bildirilib ki, heyvanın beyni süni intellektə bağlanıb və süni intellektin köməyi ilə o, internetdə istənilən məlumatı əldə etmək imkanına malikdir. Alimlər istənilən sualı şifahi olaraq verirlər və süni intellekt beynin elektrik stimullaşdırılmasından istifadə edərək siçovullara düzgün cavabı “yönəldir”.
Tural