"Aİ Ukraynaya görə ABŞ-la öz münasibətlərinin korlanmasında maraqlı deyil"- Politoloq

"Aİ Ukraynaya görə ABŞ-la öz münasibətlərinin korlanmasında maraqlı deyil"- Politoloq
05 Mar 2025 11:33

"Əslində gözlənilənlər baş verdi, yəni biz Tramp ilə Zelenskinin görüşündən sonra hadisələrin təxminən bu istiqamətdə inkişaf edəcəyini planlaşdırırdıq. Çünki ABŞ-ın Ukraynaya dəstəyini çəkməsi fonunda Avropanın təkbaşına Ukraynanın müqavimətini təmin etmək kimi imkanları, təbii ki, yox idi, məhdud idi. Üstəlik, Avropa İttifaqı Ukraynaya görə ABŞ-la öz münasibətlərinin korlanmasında maraqlı deyil. Buna görə də Zelenskinin ABŞ və Böyük Britaniya səfəri zamanı bir sıra dairələr tərəfindən izah olundu ki, Zelenski ilə Tramp arasında münasibətlərin tez bir zamanda düzəlməsi istiqamətində hansı addımlar atılmalıdır."

Politoloq Rəşad Bayramov bunu News365.az-a açıqlamasında deyib. 

"Bunun ardınca biz Ukrayna Ali Radasının Prezident Trampa, ABŞ Konqresinə və ABŞ xalqına müraciətinin şahidi olduq. Demək olar ki, bu müraciət həm müqavilənin imzalanmasına hazırlıqla, həm də ABŞ-ın Ukraynaya dəstəyinin vacibliyi ilə bağlı idi. Dünən isə Zelenski ilk dəfə sosial şəbəkədə Tramp haqqında danışaraq bildirdi ki, Ukrayna Trampın güclü liderliyi altında işləməyə hazırdır. Mesaj təxminən bu məzmunda idi. Həmin fikirləri Tramp da Konqresdə konqres üzvlərinin diqqətinə çatdırdı.

Söhbət ondan gedir ki, bu gün doğrudan da Rusiyanı kənara qoyaraq hansısa razılaşmaları həyata keçirməyin mənası yoxdur. Mütləq bütün maraqlı tərəflər danışıqlar prosesində iştirak etməlidir."


Sizin reklam burada
Sizin reklam burada