Aİ-də uşaqlar üçün sosial medianın qadağan edilməsi ilə bağlı bütün variantlar nəzərdən keçirilir.
News365.az “TRT HABER”-ə istinadla xəbər verir ki,
bu haqda Avropa İttifaqı (Aİ) Komissiyası Aİ-də uşaqlar üçün sosial mediaya
qoyulan potensial qadağa ilə bağlı "bütün qapıların açıq olduğunu"
bildirib və bu da bütün variantların nəzərdən keçirildiyini göstərir.
Aİ Komissiyanın sözçülərindən biri olan Tomas
Reqnyer gündəlik mətbuat brifinqində jurnalistlərin suallarını cavablandırıb.
Uşaqlar üçün sosial mediaya Aİ-nin qadağa tətbiq etmək üçün
addımlar atıb-atmayacağı ilə bağlı suala cavab olaraq Regnier bildirib ki, bu məsələ
ilə bağlı üzv dövlətlərlə iş gedir.
Regnier bildirib ki, "Aİ Komissiyası hazırda bütün qapıları açıq saxlayır. Artıq bizə məsləhət vermək üçün ekspertlər paneli yaradılır. Bundan sonra hər hansı əlavə addımların atılıb-atılmayacağı barədə qərar veriləcək".
Regnier bütün
variantların nəzərdən keçirildiyini və tədqiqatlara inklüziv yanaşma tətbiq
etdiklərini bildirib, mütəxəssislərin müxtəlif sahələrdən gələcəyini və hələlik
dəqiq bir zaman qrafiki olmadığını qeyd edib.
Gülşən Məmmədoğlu