Qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni məlumat

Qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni məlumat
12:54

"Qazaxıstan AZAL təyyarəsinin qəzasının səbəblərinin texniki araşdırılması üçün zəruri olan müayinələrin nəticələrini avadanlıq istehsalçılarından alıb. Hazırda komissiya üzvləri, o cümlədən Rusiya ilə birlikdə nəticələri yekunlaşdırırıq".

News365.az-ın TASS-a istinadən verdiyi məlumata görə, bunu Qazaxıstanın baş nazirinin müavini Kanat Bozumbayev jurnalistlərə bildirib.

"İstintaq davam edir. Avadanlıq istehsalçılarından - yəni GPS izləyicilərindən, naviqasiya avadanlıqlarından və təyyarə istehsalçısından bütün zəruri müayinələr alınıb. Nəticələr hazırda ümumiləşdirilir və bu nəticələr komissiya üzvləri ilə razılaşdırılacaq. Bildiyiniz kimi, komissiyaya Azərbaycan, Qazaxıstan, Rusiya Federasiyasından mütəxəssislər, "Embraer" nümayəndələri və Beynəlxalq Mülki Aviasiya Agentliyinin nümayəndələri daxildirlər. Buna görə də beynəlxalq agentliyin standartlarına uyğun olaraq, Qazaxıstan yaxın bir neçə ay ərzində nəticələri ümumiləşdirməlidir. Bu, texniki aspektlərə aiddir", - deyə Bozumbayev bildirib.



Sizin reklam burada
Sizin reklam burada