İraq bütün neft yataqlarında fors-major elan etdi

İraq bütün neft yataqlarında fors-major elan etdi
09:13

İraq Hörmüz boğazındakı vəziyyət səbəbindən xarici şirkətlər tərəfindən istismar edilən bütün neft yataqlarında fors-major elan edib.

News365.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi mənbələrə istinadən məlumat yayıb.

Fors-majorun elan edilməsi operator şirkətləri neft və ya qaz tədarükü kimi öhdəlikləri yerinə yetirmədiklərinə görə məsuliyyətdən azad edir.

Agentliyin mənbələrinin sözlərinə görə, İraq hakimiyyəti bu qərarı Hörmüz boğazının faktiki olaraq bağlanması ilə əlaqədar qəbul edib. ABŞ və İsrailin İrana qarşı əməliyyata başlamasından sonra gəmilər bu marşrutla enerji daşıyıcılarının daşınmasını dayandırıb.


Sizin reklam burada
Sizin reklam burada