Bodrumda yanğında milyonlarla dollarlıq 7 yaxta kül oldu - Video

Bodrumda yanğında milyonlarla dollarlıq 7 yaxta kül oldu - Video
10:57

Türkiyənin Muğla vilayətinin Bodrum rayonunda limandakı yaxtaların birində güclü yanğın baş verib.

“Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, gecə saatlarında hələlik müəyyən edilməmiş səbəbdən başlayan yanğın külək səbəbindən sürətlə yayılıb və yaxınlıqdakı digər 4 motorlu yaxtaya keçib. Nəticədə dəyəri milyonlarla dollar məbləğində olan 5 yaxta yanaraq kül olub.

Əraziyə çoxsaylı yanğınsöndürmə, polis və tibb qrupları göndərilib.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.





Sizin reklam burada
Sizin reklam burada