İranla Yaponiya arasında məsləhətləşmələr başlayıb - Əraqçi

İranla Yaponiya arasında məsləhətləşmələr başlayıb - Əraqçi
21 Mar 2026 11:30

Tehran Tokio ilə müvafiq məsləhətləşmələrdən sonra Yaponiyaya gedən gəmilərin Hörmüz boğazından keçməsinə icazə verməyə hazırdır.

News365.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi bunu Kyodo xəbər agentliyinə verdiyi müsahibədə deyib: "Biz boğazı bağlamamışıq. O, açıqdır". Agentliyin sitat gətirmədən verdiyi məlumata görə, Əraqçi Yaponiya ilə əlaqəli gəmilərin Hörmüz boğazından keçməsi ilə bağlı Tokio ilə məsləhətləşmələrin artıq başladığını bildirib.

Bundan əvvəl İran rəsmiləri ABŞ və müttəfiqləri ilə əlaqəli heç bir neft yükünün Hörmüz boğazından keçməsinə icazə verməyəcəkləri barədə xəbərdarlıq etmişdi. İran Silahlı Qüvvələrinin Mərkəzi Qərargahının sözçüsü qeyd etmişdi ki, Tehran rəqibini təslim olmağa məcbur etmək üçün Hörmüz boğazında gəmiçilik hərəkətinə nəzarət etmək də daxil olmaqla, bütün vasitələrə əl atacaq. Lloyd's List Intelligence analitik şirkətinin məlumatlarına görə, 18 mart tarixinə qədər Yunanıstan, İran və Çinlə əlaqəli təxminən 90 gəmi boğazdan keçib.

Tokio ənənəvi olaraq Tehranla dostluq münasibətləri saxlayır. Lakin Yaponiya hakimiyyəti ABŞ və İsrailin İrana hücumlarını birbaşa qiymətləndirməkdən daim çəkinib. Rəsmi olaraq, onlar "İranın nüvə silahı inkişaf etdirməsinin yolverilməzliyi" ilə bağlı mövqelərini bildiriblər və məsələni diplomatik yolla həll etməyə çağırıblar. Eyni zamanda Yaponiya liderləri İranı Fars körfəzi ölkələrinə qarşı cavab zərbələrinə görə tənqid ediblər.

Yaponiya neftin təxminən 95 faizini Yaxın Şərq ölkələrindən alır və bu tədarüklərin əksəriyyəti Hörmüz boğazından keçir.


Sizin reklam burada
Sizin reklam burada