Sovet hökümətini kimlər qurdu?

Sovet hökümətini kimlər qurdu?
09:45
Sovet İttifağını nə bolşeviklər, nə sovetlər, nə də fəhlələr qurdular,
Sovet İttifağını Alimlər qurdu və Elmlər Akademiyası adı altında yığılan bu məkan "SSRİ" nin güc qaynağı oldu.
Siyasət də Sovet İttifağına ailmlər vasitəsi ilə girdi və "SSRİ" nin dağılma səbəbi də ailmlərlə oldu.
Alim ola bilməyənlər siyasətçilik oyunu oynadılar.
İndi vəziyyət nədir?
"Elmlər Akademiyası" SSRİ nin ən son tabutudur, tabutun içində gəzənlər də, yeyənlər də, yatanlar da tabut həyatı yaşayırlar.
Keçmiş Sovetlərin istər qazax, istər özbək, istər rus Elmlər Akademiyasının soyuq daşlarının içində "dəfn olunmamış məzarlar" arasında çoxlu görüşlərim olub,
Məzarda yatanlardan "sən kimsən" soruşa bilmirsən, məzarda çürüntüyə çevirilməyən əşyalardan isə arxeologiya olaraq cavab ala bilirsən.
Elmlər Akademiyası bir arxeologiya müzeyidir, şəkilini çəkib göstərdin nə olur, göstərmədin nə olur.
Elm hicrət edəndir, onun harda necə qərar tutduğunu kimsə bilə bilmir,
Dünənə qədər olan özünü Elmə aid edənlərin Elmlə münasibəti "qeyrü qal" idi, Füzuli
Eşq imiş hər nə varsa aləmdə, Elm bir qeylü-qal imiş ancaq" -
Demişdi,
Gördük.
İndi yeni bir Elm tanıması indiyə qədər özünü elmə aid edənlərə aid deyildir, bunun şahidiyik.
Elmə aid olmadığımız bir yerdə isə boş boş sözləri bir yerə yığıb, danışmaq da boşdur.
Elm həyatın içində yoxdursa, dedi qodu, məsxərə və hırla zır həyatın aparıcı xəttinə dönər.
Elm yazıdır, oxunmanın yazısıdır,
Köhnə yazını yaşamaq yazımızdır,
Elm yeni yazı ilə diriləcəkdir ki,
O yazı hələ izini başlamayıb.
Sovet Elmlər Akademiyasının ilk plakatı isə döşləri üldüzlü o qocalarla başlamışdı,
Xatırlamadan xatırlananların dərdi bilinməz.
İdris Heydərli, filosof

Sizin reklam burada
Sizin reklam burada