Elza Seyidcahanın bacısı bu məşhurdan ÜZR İSTƏDİ

Elza Seyidcahanın bacısı bu məşhurdan ÜZR İSTƏDİ
14:14

Əməkdar artist Elza Seyidcahanın bacısı ilə bağlı diqqətçəkən hadisə yaşanıb.

News365.az xəbər verir ki, bəstəkarın müğənni bacısı Rasimə Seyidcahan məşhur bəstəkar Nadir Əzimovdan üzr istəyib. Buna səbəb onun bəstəkarın "Ana can yola sal" adlı əsərini ifa edərkən müəllifin adını qeyd etməməsi olub.

Məlumata görə, bu məsələ səbəbindən Rasimə məhkəməyə verilib. Yaşanan narazılıqdan sonra ifaçı bacısı Elza Seyidcahanın tövsiyəsi ilə qatıldığı televiziya proqramında açıqlama verərək üzr istəyib.

O, çıxışında müəllif hüquqlarına hörmətlə yanaşdığını bildirib və yaranan anlaşılmazlığa görə təəssüf etdiyini dilə gətirib.

Hadisə sosial şəbəkələrdə də müzakirə doğurub. İzləyicilərin bir qismi müəllif adının qeyd olunmasının vacibliyini vurğulasa da, digərləri məsələnin böyüdülməsini düzgün hesab etməyib.


Sizin reklam burada
Sizin reklam burada