Türkiyəli gənc futbolçu öldürüldü, müğənni saxlanıldı

Türkiyəli gənc futbolçu öldürüldü, müğənni saxlanıldı
20 Mar 2026 23:20

Türkiyədə silahlı insident baş verib. 

News365.az xəbər verir ki, hücum zamanı “Kars36 Spor” klubunun futbolçusu 21 yaşlı Kubilay Kaan Kundakçı öldürülüb.

İddiaya görə, hadisə 19 mart gecəsi baş verib. Reper Vahap Canbay ilə müğənni Aleyna Kalaycıoğlu arasındakı münasibətləri düzəltmək istəyən Kundakçı tərəfləri bir araya gətirmək üçün vasitəçi rolunu oynayıb.

Lakin onlar studiyanın qarşısında gözləyərkən hadisə yerinə gələn şübhəlilər onlara atəş açıb.

Atəş nəticəsində ağır yaralanan gənc futbolçunun həyatını xilas etmək mümkün olmayıb.

Cinayətin Rapçi Canbayın keçmiş sevgilisi olan Aleyna Kalaycıoğlunun yeni sevgilisi tərəfindən törədildiyi deyilir.

Qeyd edilib ki, Kalaycıoğlu polis tərəfindən saxlanılıb.


Sizin reklam burada
Sizin reklam burada