Xətai sakinləri kanalizasiya suları içində- İCRA HAKİMİYYƏTİ HARA BAXIR?

Xətai sakinləri kanalizasiya suları içində- İCRA HAKİMİYYƏTİ HARA BAXIR?
20 Mar 2026 23:35

Xəbər verdiyimiz kimi, Xətai rayonunda kanalizasiya kollektorunun çökməsi nəticəsində bir neçə evin zirzəmisini su basıb, çökmə baş verib. 


News365.az xəbər verir ki, hadisə ilə bağlı rayon sakinləri “Baku TV”yə danışıb. 


Onlar bildirib ki, subasmadan öncə qarşının alınnması məqsədilə müvafiq qurumlara müraciət ediblər:


“Bayramdır. Lakin bizim evləri su basıb, çöllərdəyik. Bu hadisənin baş verəcəyi əvvəlcədən məlum idi. Bunun üçün biz Xətai rayon İcra Hakimiyyətinə, AZƏRSU, ADSEA-ya məlumat verdik. Gəlib, baxıb gediblər. Deyiblər ki, gəlib bərpa edəcəyik. Üç-dörd aydır günümüz belədir, məlumat veririk, iş görən yoxdur”.


“Çökmə dekabrın 10-dan başladı, yavaş-yavaş böyüdü, indi bu vəziyyətə gəldi. İndi gəlib deyiblər ki, siz bu evlərdən çıxmalısız”,- deyə sakinlər bildirib. 


Sizin reklam burada
Sizin reklam burada