Vaqif Əsədov Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik etdi

Vaqif Əsədov Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik etdi
11:06

News365.az-ın əməkdaşları olaraq, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin sabiq bölmə rəisi, uzun illər hüquq-mühafizə orqanlarında şərəflə xidmət etmiş, əfsanəvi polis polkovniki, polis veteranı Vaqif Əsədovun Novruz bayramı münasibətilə təbrikini təqdim edirik.

Vaqif Əsədov Azərbaycan xalqını bu qədim və milli-mənəvi dəyərlərimizi özündə yaşadan Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edərək bildirib:

“Novruz bayramı xalqımızın birlik, bərabərlik, yenilənmə və dirçəliş rəmzidir. Qoy bu müqəddəs bayram hər bir ocağa sevinc, hər bir ailəyə firavanlıq, ölkəmizə isə daim sabitlik və əmin-amanlıq gətirsin. Arzu edirəm ki, süfrələriniz daim bol ruzi-bərəkətlə dolu olsun, həyatınızda xoş günlər, ürəklərinizdə isə daim ümid və inam yaşasın.”

O, həmçinin qeyd edib ki, dövlətçiliyimizin möhkəmlənməsi naminə çalışan hər bir vətəndaşa yeni uğurlar arzulayır:

“Hər birinizə əmək fəaliyyətinizdə nailiyyətlər, Vətənimizə xidmət yolunda uğurlar, ailələrinizə sağlamlıq və xoşbəxtlik diləyirəm. Qoy Novruzun gətirdiyi yeniliklər həyatınıza nur, qəlbinizə rahatlıq bəxş etsin.”

Dərin hörmət və ehtiramla,

Polis veteranı Vaqif Əsədov


Sizin reklam burada
Sizin reklam burada