Ağstafada yük maşını aşdı, çörəklər yerə dağıldı – FOTO

Ağstafada yük maşını aşdı, çörəklər yerə dağıldı – FOTO
03 May 2025 14:56

Ağstafada yol nəqliyyat hadisəsi baş verib.

News365.az xəbər verir ki, hadisə Bakı-Qazax magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan "Mersedes" markalı yük maşını "İsizu" markalı digər yük maşınına arxadan çırpılıb. Qəza nəticəsində "İsizu" yoldan çıxaraq aşıb və onun içərisində olan çörəklər yerə dağılıb. "İsizu"nun sürücüsü hadisə nəticəsində xəsarət alıb.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.






Sizin reklam burada
Sizin reklam burada