Ağstafada zəhərlənmə faktı qeydə alınıb.
News365.az xəbər verir ki, hadisə rayonun Dağkəsəmən kəndində qeydə alınıb.
Belə ki, kənd sakini olan 4 nəfər yaşadığı evdə vanna otağında dəm qazından zəhərlənib. Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətləri kafidir.
Faktla bağlı araşdırma aparılır.