Ağdərədə minaya düşən şəxsdən XƏBƏR VAR

Ağdərədə minaya düşən şəxsdən XƏBƏR VAR
16:10

Ağdərə rayonunun Sırxavənd kəndi ərazisində minaya düşən şəxsin vəziyyəti ağırdır.

News365.az xəbər verir ki, bu barədə Teleqraf-a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, bu gün saat 14:00 radələrində 1967-ci il təvəllüdlü şəxs (kişi) Bərdə Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Partlayış travması, sol aşağı ətrafın aşıq baldır oynağı səviyyəsində travmatik amputasiyası diaqnozu təyin olunan pasiyentin müalicəsi hal-hazırda davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir.


Sizin reklam burada
Sizin reklam burada