Maya dəyəri 5 manat 70 qəpikdir - 17 manata satılır + RƏSMİ

Maya dəyəri 5 manat 70 qəpikdir - 17 manata satılır + RƏSMİ
12:47

Ötən il Azərbaycanda kənd təsərrüfatı müəssisələri tərəfindən satılan iribuynuzlu mal-qara ətinin bir kiloqramının maya dəyəri 5 manat 74 qəpik olub.

News365.az bildirir ki, satılan mal ətinin maya dəyəri əvvəlki illə müqayisədə 1 manat 58 qəpik və ya 38% artıb. 

Qeyd edək ki, maya dəyəri 5 manat 74 qəpik olan mal əti kənd təsərrüfatı müəssisələri tərəfindən 7 manat 10 qəpiyə satılıb.  Məlumat üçün bildirək ki, açıqlanan rəsmi məlumatlarda ötən il sümüklü mal ətinin orta pərakəndə satış qiymətinin 15,1 manat, sümüksüz mal ətinin orta pərakəndə satış qiymətinin isə 18,8 manat olduğu (orta qiymət 17 manat) bildirilib.


Sizin reklam burada
Sizin reklam burada