Adada gəzən zaman 1000 yaşı olan qızıl qolbaq tapdı - FOTO

Adada gəzən zaman 1000 yaşı olan qızıl qolbaq tapdı - FOTO
04 İyn 2025 16:20

Men adasında maraqlı hadisə baş verib. Independentin yaydığı məlumata görə, bir kişi adada metal detektordan istifadə edərək gəzən zaman 1000 illik yaşı olan vikinqlərə məxsus qızıl qol sarğısı tapıb.


Bildirilir ki, qolbaq yarıya qatlanmış halda tapılıb: "Təxminən 4 sm ölçüdə olub. Uzunluq isə təxminən 8 sm olub. Qol sarğısı birlikdə toxunmuş səkkiz qızıl çubuqdan ibarətdir. Qızıl adətən detektorda çox zəif siqnal verir, ona görə də əslində qiymətli metal tapmaq, onu  təxmin etmək çətindir".

Men Adası Milli İrs Fondu bildirib ki, eramızın 1000-1100-cü illərinə aid olan tapıntı zərgərlik məmulatlarının minlərlə il əvvəl ustalıqla hazırlanmasını göstərib. Belə zərgərlik Vikinqlər dövründə sərvətin olmasıbı sübut edən faktdır.

Tural


Sizin reklam burada
Sizin reklam burada