ABŞ öz vətəndaşlarını İraqa səfərlərdən çəkinməyə çağırıb.
News365.az xəbər verir ki, bu barədə ABŞ-ın İraqdakı diplomatik nümayəndəliyi məlumat yayıb.
Bildirilib ki, ölkədəki ABŞ vətəndaşlarına yüksək səviyyədə ehtiyatlı olmaları və yerli hakimiyyət orqanlarının göstərişlərinə əməl etmələri tövsiyə edilir.
Diplomatik nümayəndəlik qeyd edib ki, nəqliyyatın hərəkətində məhdudiyyətlər, səyahət pozuntuları və hava məkanının bağlanması ilə bağlı qərarlar əvvəlcədən xəbərdarlıq edilmədən qəbul oluna bilər.