Türkiyədə Gələcək Partiyasının siyasi fəaliyyətini dayandırdığını və partiya siyasətindən çəkildiyini açıqlayan Əhməd Davudoğlunun bundan sonrakı fəaliyyət istiqaməti məlum olub.
News365.az-ın Türkiyə mediasına istinadən əldə etdiyi məlumata görə, siyasətdən tamamilə uzaqlaşmadan əvvəl müxtəlif partiyalardan gələn təklifləri rədd edən Davudoğlu "Bu mərhələdən sonra cənab Prezidentin qarşısında olmayacağam" deyərək mövqeyini bildirib. Keçmiş baş nazirin bundan sonra ölkə xaricində beynəlxalq fəaliyyətlərlə məşğul olacağı qeyd olunur.
Gələcək Partiyasının sədri Əhməd Davudoğlunun "Partiya siyasətindən çəkilmək və Gələcək Partiyasının siyasi fəaliyyətini dayandırmaq qərarı verdik" açıqlaması Türkiyə siyasətində geniş rezonans doğurub.