“Gələcək Partiyasının ləğvi nə deməkdir?” – Politoloq məsələyə aydınlıq gətirdi

“Gələcək Partiyasının ləğvi nə deməkdir?” – Politoloq məsələyə aydınlıq gətirdi
10:20

Türkiyədə müxalifətdə olan Gələcək Partiyası fəaliyyətini tam olaraq dayandırıb. Partiya sədri Əhməd Davudoğlu ölkədəki “çirkli siyasi mühitdə iştirak etməmək” məqsədilə bu addımı atdığını və siyasi fəaliyyətinə son qoyduğunu bəyan edib.

Mövzu ilə bağlı politoloq Rufiz Hafizoğlu öz sosial şəbəkə hesabında paylaşım edərək, Davudoğlun yaydığı bəyanatın vacib məqamlarına diqqət çəkib.

Politoloqun sözlərinə görə, keçmiş baş nazir hazırkı prezident idarəetmə sistemini kəskin tənqid edərək bu sistemin aşağıdakı ciddi fəsadlara yol açdığını bildirib:

  • Təkəldən idarəetmə: Hakimiyyətin yalnız bir şəxsin və ya müəyyən bir qurumun əlində cəmləşməsi;

  • Parlamentin zəifləməsi: Qanunverici orqanın nəzarət mexanizminin öz əhəmiyyətini itirməsi;

  • Məhkəmə müstəqilliyinin pozulması: Ədalət mühakiməsi sistemində geriləmələrin baş verməsi;

  • Ləyaqətsizlik və sədaqət: Dövlət institutlarında peşəkarlığın deyil, şəxsi sədaqətin ön plana çıxarılması.

Əhməd Davudoğlu ölkədəki səlahiyyətlər balansını bərpa etmək və böhrandan çıxmaq üçün Türkiyənin yenidən gücləndirilmiş parlament idarəetmə sisteminə keçməsinin zəruri olduğunu vurğulayıb.


Sizin reklam burada
Sizin reklam burada