Keçmiş deputat Elşad Mirbəşiroğlunun işsiz olduğu ilə bağlı xəbərlər yayıldıqdan sonra yeni vəzifəyə təyin olunduğuna dair sosial şəbəkələrdə və bəzi platformalarda məlumat yayılıb.
VI çağırış Milli Məclisin deputatı olmuş E.Mirbəşiroğlu bildirib ki, haqqında yayılan təyinat xəbərləri doğru deyil:
"Yazılanlar həqiqəti əks etdirmir. Hazırda heç bir vəzifədə çalışmıram, işsizəm".
Qeyd edək ki, Elşad Mirbəşiroğlu 2020-ci ildə keçirilən parlament seçkilərində VI çağırış Milli Məclisin deputatı seçilmişdi. O, son parlament seçkilərindən sonra deputat fəaliyyətini davam etdirməyib./// modern