Şahin Bağırov yeni idarə yaratdı, rəis təyin etdi

Şahin Bağırov yeni idarə yaratdı, rəis təyin etdi
13:54
Dövlət Gömrük Komitəsində (DGK) struktur dəyişikliyi olub.

News365.az "Unikal"a istinadən xəbər verir ki, bununla bağlı DGK-nın sədri, gömrük xidməti general-polkovniki Şahin Bağırov əmr imzalayıb.

Belə ki, DGK-nın Kibertəhlükəsizlik şöbəsi ləğv edilib, əvəzində isə Kibertəhlükəsizlik idarəsi yaradılıb.

Gömrük xidməti mayoru Turqut Tehran oğlu Vəliyev Kibertəhlükəsizlik idarəsinin rəisi vəzifəsinə təyin olunub.

Sizin reklam burada
Sizin reklam burada