“Hörmüz böğazı məsələsi reallıqdan daha çox şişirdilir. İran
parlamentinin boğazın bağlamaqla bağlı qərar qəbul etsədə, özləri də bilir ki
İranın Milli Təhlükəsizlik Şurası tərəfindən təsdiq edilməsi inandırıcı deyil.
Oranı bağlamaq olar, amma bağlı saxlamaq mümkün olmaz. Çünki boğazı bağlı
saxlamaq İranın qaldıra biləcəyi yük deyil”.
Bunu News365.az -a müsahibəsində
iqtisadçı ekspert Eldəniz Əmirov deyib. O bildirib ki, hazırkı vəziyyətdə
İran rəhbərliyinin səsləndirdiyi bəyanatlar daha çox daxili auditoriyanı sakitləşdirməyə
yönəlib:
“Sanki bir məğlubiyyəti etiraf etməmək üçün
siyasi ritorikadır. Reallıq
isə odur ki, ABŞ və İsrail artıq əsas məqsədinə çatıb.
Sadəcə əsas
zəlzələdən sonra müəyyən “avtoşoklar” olan kimi burada da müəyyən raket
atışları və gərginliklərin dalğa təsirləri ola bilər.
Amma qlobal
ölçüdə iqtisadi təsirlərin ən güclüsü artıq baş verib. Bundan sonra qorxulacaq
nəsə yoxdur. Hətta neft qiymətləri bu dönəmdə öz maksimumlarını yaşayır. Bir
müddət sonra yenidən neft qiymətlrəində də enişlər olacaqdır”.
News365.az