Ağ çörək deyil, əsl təhlükə bu qidalardadır – Mütəxəssislər Xəbərdarlıq Edir

Ağ çörək deyil, əsl təhlükə bu qidalardadır – Mütəxəssislər Xəbərdarlıq Edir
16:12

Pəhrizə başlayanların ilk addımı adətən ağ çörəyi menyudan çıxarmaq olur.

News365.az xəbər verir ki,  mütəxəssislər bildirirlər ki, sağlamlığa ondan daha çox zərər verən məhsullar mövcuddur və onlar gündəlik rasiondan təcili şəkildə azaldılmalıdır.

1. Şirin un məmulatları – Tort, piroq, kruassan kimi məhsullar yüksək şəkər və trans yağ tərkibi ilə ürək-damar sistemi və maddələr mübadiləsi üçün təhlükə yaradır.

2. Mürəbbə və konservlər – Meyvə tərkibli görünməsinə baxmayaraq, bu məhsullar yüksək miqdarda şəkər ehtiva edir və qan şəkərinin sürətlə yüksəlməsinə səbəb olur.

3. Şirin qatıq – İstehsal zamanı əlavə edilən fruktoza tez-tez aclıq hissi yaradır, pəhriz planını pozur və həddindən artıq yeməyə gətirib çıxarır.

Qidalanma üzrə mütəxəssislər vurğulayırlar ki, sağlam pəhrizdə bu məhsulların yerini təzə meyvə-tərəvəz, şəkərsiz süd məhsulları və tam taxıllı un məmulatları ilə əvəzləmək daha faydalıdır.

News365.az


Sizin reklam burada
Sizin reklam burada