Aygül Abdullayevaya vəzifə verildi - FOTO

Aygül Abdullayevaya vəzifə verildi - FOTO
14:26

Azərbaycan Taekvondo Federasiyasının (ATF) yeni baş katibinin adı açıqlanıb.

News365.az xəbər verir ki, bu vəzifə Aygül Abdullayevaya həvalə edilib.

O, bu postda bir müddət öncə ATF ilə vidalaşan Rüstəm Bağırlını əvəzləyib.

Abdullayeva yeni vəzifəsində artıq təqdimat da keçirib. O, deflimpiya üzrə taekvondo milli komandasının məşqçi heyətini komanda ilə tanış edib. Elmir Fərəcov yığmada baş məşqçi, Rauf Rəhimov isə böyük məşqçi funksiyasını yerinə yetirəcək.

Görüşdən sonra deflimpiya üzrə milli komandanın ilk rəsmi məşqi keçirilib.

taekvando-federasiyasinin-yeni-bas-katibi-aciqlandi


Sizin reklam burada
Sizin reklam burada