Hindistan ABŞ prezidenti Donald Trampın tətbiq etdiyi yüksək tariflərə görə ABŞ-dan silah almaq planlarını dayandırır.
News365.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb. Söhbət Hindistanın “General Dynamics Land Systems” tərəfindən istehsal olunan “Stryker” döyüş maşınlarını, “Raytheon” və “Lockheed Martin” tərəfindən hazırlanmış “Javelin” tank əleyhinə raketlərini almasından gedir.
Agentlik bildirib ki, Hindistan bəzi satınalmaları elan etmək üçün müdafiə naziri Rajnat Sinxi yaxın həftələrdə Vaşinqtona göndərməyi planlaşdırırdı. Lakin onun səfəri ləğv edilib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Rusiyadan neft aldığı üçün Hindistan məhsullarına əlavə 25 faizlik gömrük rüsumu tətbiq edib.