İsrail: Britaniyanın Fələstin Qərarı Kəşfiyyat Əməkdaşlığını Dayandıra Bilər.
“The Times” qəzetinin məlumatına görə, İsrail hökuməti Böyük Britaniyanın Fələstin dövlətini tanıması halında iki ölkə arasında kəşfiyyat məlumatlarının mübadiləsini dayandırmaq ehtimalını müzakirə edir.
Məlumatda bildirilir ki, bu addım Londonun milli təhlükəsizliyi üçün ciddi risk yarada bilər. Hazırda İsrail, Britaniya kəşfiyyat xidmətlərinə ölkə daxilindəki terror təhlükələri, eləcə də İranın bölgədəki kəşfiyyat fəaliyyəti barədə əhəmiyyətli məlumatlar təqdim edir.
İsrail rəsmiləri həmçinin bu qərarın iqtisadi nəticələrindən ehtiyat edirlər. Kəşfiyyat əməkdaşlığının dayandırılması, Böyük Britaniyanın hərbi-sənaye sektoruna inteqrasiya olunmuş İsrail müdafiə şirkətləri ilə mövcud müqavilələrin ləğv edilməsi riskini yarada bilər.
Ekspertlər hesab edirlər ki, tərəflər arasında gərginlik yaranacağı təqdirdə, bu, təkcə təhlükəsizlik sahəsinə deyil, həm də iki ölkə arasındakı strateji əməkdaşlığa mənfi təsir göstərə bilər.
News365.az