Qəzzanın işğalı planı dərhal dayandırılmalıdır - BMT-nin ali komissarı

Qəzzanın işğalı planı dərhal dayandırılmalıdır - BMT-nin ali komissarı
15:53

BMT-nin insan hüquqları üzrə ali komissarı Folker Türk İsrail hökumətinin Qəzza zolağının tam hərbi işğalı planının həyata keçirilməsinin dərhal dayandırılmasına çağırıb.

Bu barədə News365.az xarici mediaya istinadən məlumat verir.

"İsrail ordusunun Qəzza şəhərini nəzarətə götürməyi və humanitar yardımı döyüş zonalarının hüdudlarından kənarda paylaşdırmağı planlaşdırdığı əməliyyat Beynəlxalq Məhkəmənin qərarına ziddir", - o bildirib.

F.Türk vurğulayıb ki, hərbi əməliyyatlar əvəzinə İsrail bölgəyə humanitar yardımın tam və maneəsiz çatdırılmasını təmin etməli, Fələstinin silahlı qruplaşmaları isə bütün girovları qeyd-şərtsiz azad etməlidir.


Sizin reklam burada
Sizin reklam burada