“Bu, tamamilə əxlaqsızlıq idi” - Rusiya XİN

“Bu, tamamilə əxlaqsızlıq idi” - Rusiya XİN
12:54

“Ukrayna hakimiyyətinin əsir düşmüş minə yaxın hərbçisini qəbul etməkdən imtinası “əxlaqsız davranışdır”. 

News365.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.   

Zaxarovanın sözlərinə görə, İstanbulda aparılan danışıqlar zamanı əsir mübadiləsinə dair ilkin razılaşma əldə olunub, prosesin iki mərhələsi baş tutsa da, üçüncü mərhələ hələ də başlamayıb.    Onun fikrincə, Ukrayna tərəfinin bu əsirləri qəbul etməməsi ikinci mərhələdə ləngiməyə, üçüncü mərhələnin isə ümumiyyətlə reallaşmamasına səbəb olub. 

“Bu, artıq ikiüzlülük deyil, tam əxlaqsız yanaşmadır”, – deyə Zaxarova bildirib. 

Diplomat qeyd edib ki, Rusiya tərəfinin təqdim etdiyi siyahıda əsasən sıravi hərbçilər yer alır, zabitlər isə yoxdur. 

Onun sözlərinə görə, bir çox ukraynalı əsirlər Rusiya qüvvələrinə təslim olmağı özləri üçün yeganə xilas yolu hesab ediblər.  Zaxarova, həmçinin, ehtimal edib ki, Ukrayna prezidenti Volodimir Zelenski Qərb tərəfdaşlarından əlavə maliyyə dəstəyi tələb edərək, “əslində özünün imtina etdiyi” əsirlərin adlarından istifadə edə bilər.


Sizin reklam burada
Sizin reklam burada