Rasim Balayev 77 yaşını qeyd edir

Rasim Balayev 77 yaşını qeyd edir
13:08

Bu gün Xalq artisti, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayevin doğum günüdür. 

News365.az xəbər verir ki, sənətçi 77 yaşını qeyd edir. 

Xatırladaq ki, R.Balayev 1948-ci ildə Ağsu rayonunda anadan olub. Aktyor “Nəsimi”, “Babək”, “Dədə Qorqud” kimi məşhur filmlərdə canlandırdığı obrazları ilə sevilir. O, 1976-cı ildə Əməkdar artist, 1982-ci ildə Xalq artisti fəxri adları ilə, 1998-ci ildə “Şöhrət”, 2018-ci ildə “Şərəf”, 2023-cü ildə isə “İstiqlal” ordeni ilə təltif olunub. 






Sizin reklam burada
Sizin reklam burada