ABŞ-ın Bakıdakı səfirliyi minifutbol üzrə Azərbaycan milli komandasını dünya çempionu olması münasibətilə təbrik edib.
News365.az xəbər verir ki, tədbir mesajı səfirliyin X sosial şəbəkə hesabında yer alıb.
"Azərbaycanın minifutbol üzrə milli komandasını tarixdə ilk dəfə olaraq minifutbol üzrə Dünya Çempionatının qalibi olması münasibətilə təbrik edirik!", - diplomatik nümayəndəlik qeyd edib.