Daily Star maraqlı məlumat yayıb. Nəşr yazıb ki, Braziliyada idmançı nalayiq fotolarına görə mini-futbol komandasından qovulub.
"Rio Grande do Sul əyalətindən olan 21 yaşlı futbolçu Marsela Soareş yarım ştatlı iş tapmaq qərarına gəlib və "dəyərlərə uyğun olmayan internet saytında" qeydiyyatdan keçib. Onun açıq-saçıq fotoları yayımlamaq üçün hansı platformanı seçdiyi göstərilmir. Lakin məlum olub ki, o, dörd həftə ərzində 55 min Braziliya realı (770 min rubldan çox) qazana bilib", -nəşr yazıb.
Soareş deyib ki, klubun oyunlarda iştiraka görə verdiyi haqq 550 reala qədər olub və o, məşq üçün yolpulu xərclərini çətinliklə ödəyib. Klub rəhbərliyi onun əlavə işini aşkar edəndə o, “klubu nüfuzdan saldığına görə” komandadakı yerini itirdi.
Tural